Bərdədə koronavirus əleyhinə tədbirlər gücləndirilib.

Bərdədə Koronavirus (COVID – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Bərdədə dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Şəhərin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur.
Həmçinin binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir

C Mar 27 , 2020
Tarixin müxtəlif dövrlərinə nəzər saldıqda xalqların və dövlətlərin taleyini, dünya siyasi arenasında yerini və rolunu müəyyən edən strateji amillər sırasında lider faktorunun həlledici olduğunu görürük. Liderlik ayrıca siyasi fenomendir. Güclü, qətiyyətli, öz fəaliyyətində xalqının mənafeyini və dövlətinin maraqlarını əsas götürən lider milli tərəqqi və həmrəyliyin qarantı qismində çıxış edir. Bu […]