“Bəzi müəllimlər uşaqlara yaxşı münasibət göstərmir” – Nazir müavini

“Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var. Bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur”.


Astv.News Femida.az-a istinadla xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, uşaqların psixikası pozulduqda həkimlər dərhal işə qarışmalıdırlar. 

“Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimləməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq”. 

Nazir müavini bildirib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir:

“Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır”. 

F.Qurbanov qeyd edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır. 

“Onlara təxminən 150 min müəllim dərs keçir. Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib

Ç May 15 , 2019
Astv.news Aztv.az-a istinadla bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb. İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi Müqəddəs “Qurani-Kərim”dən ayələr oxuyub, axşam duası verib. Tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif […]

Sosial

İdman

Video