Bakı məktəblərində yeni yaşıllıq zolaqları salınıb-Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 17-də Bakıdakı təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında paytaxtdakı ümumtəhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxlu ağaclar əkilib.

Ağacəkmə aksiyasında Təhsil Nazirliyinin və BŞTİ-nin rəhbərliyi, müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə keçirilən ağacəkmə aksiyasında təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva da iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə bu cür təşəbbüslərin böyük əhəmiyyət kəsb etdiyini bildirilib. Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyini söyləyən Məhəbbət Vəliyeva aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından da faydalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.

Bir həftə davam edəcək aksiyada 100 min şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və digər ağacların əkilməsi nəzərdə tutulur.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko

Bz Noy 18 , 2018
Rusiya hökuməti Azov dənizini Ukrayna gəmiləri üçün bağlaya bilər. Bu isə öz növbəsində tərəflər arasında böyük müharibəyə səbəb olar. Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb. Onun sözlərinə görə, belə olan halda müharibə aparmaq məqsədyönlü olmaz, çünki Ukrayna […]

Sosial

İdman

Video