Bakıda adam oğurlayan dəstənin işi prokurorluğa qaytarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Emin Əliyev və Asim Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Astv.news məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu iddia edilərək cinayət işi prokurora qaytarılıb.

Qeyd edək ki, həmin şəxslər 2019-cu ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarovu oğurlayaraq anasından 10 min manat tələb ediblər. Qadın həmin şəxslərə 8 000 manat verib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.

Emin Əliyev və Asim Quliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Təhsil Nazirliyi: Məktəblərdə vakant direktor yerlərinin sayı kifayət qədər azalıb

C Fev 14 , 2020
Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssisələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb. Astv.news məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. Onun sözlərinə görə, 2019-cu ildə 400-ə yaxın vakant direktor vəzifəsinə işə qəbul üçün müsabiqə élan edilib: “Amma əvvəl bu say 700-dən çox idi. […]