Bakıda ağır qəza: Yaralılar var

Bakıda Nobel prospektində avtomobil qəzası baş verib. Qəza nəticəsində iki nəfərin yaralandığı bildirilib.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə təcili tibbi yardımın hadisə yerinə gec gəldiyinə dair paylaşımlar edilib.

Səhiyyə Nazirliyi qəza və təcili tibbi yardımın vaxtından gec gəlməsi ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, təcili tibbi yardım avtomobilinin Nobel prospektində avtomobil qəzası baş verən əraziyə 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Bildirilib ki, təcili tibbi yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib.

Ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda sürücü qəzadan sonra üç nəfəri bıçaqladı

Be Dek 23 , 2019
Bakıda baş verən qəzadan sonra sürücülərdən biri digər maşındakıları bıçaqlayıb. Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə dekabrın 22-si axşam saatlarında baş verib. Sabunçu rayonu, Ramana qəsəbəsində “85” kafesinin qarşsında Vasif Əhmədovun idarə etdiyi “VAZ 2106” ilə Murad Xəlilzadənin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Bu zaman hər iki maşında olan […]