Bakıda atasına beş bıçaq zərbəsi vuran şəxsin məhkəməsi başladı

Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Astv.news xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib.

Hadisə ötən ilin iyul ayında paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi, ev 20a, mənzil 7-də yaşayan atası 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına beş bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

C.Haqverdiyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yol polisi sürücülərə müraciət etdi

C Yan 10 , 2020
Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib. Astv.news xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir. Məlumatda qeyd edilir ki, bir sıra hallarda isə yük daşıyan nəqliyyat […]

Sosial

İdman

Video