Bakıda azyaşlı oğlana təcavüz edən şəxslə bağlı qərar verildi

Bakı Apellasiya Məhkəməsində azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1986-ci il təvəllüdlü E.Ə.-nin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Astv.news xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, E.Ə.-nin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, E.Ə. səkkiz yaşlı oğlan uşağına qarşı seksual xarakterli hərəkətlər edib. O, məhəllədə oynayan azyaşlını aldadaraq, naməlum istiqamətdə aparıb. Onun bu əməli nəzarət kameraları tərəfindən lentə alınıb.

Azyaşlının valideyninin hüquq-mühafizə orqanları əməkdaşlarına şikayətindən sonra E.Ə. saxlanılıb və o, əməlindən peşman olduğunu deyib. O, hadisəni törədən zaman içkili olub.
E.Ə.-yə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E.Ə. 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı olan məhkum apellyasiya şikayəti verib.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident Administrasiyasında daha bir - TƏYİNAT

Ça Dek 3 , 2019
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub. APA-nın məlumatına görə, bu vəzifəyə Səadət Yusifova təyin edilib. Qeyd edək ki, son struktur islahatlarına qədər S.Yusifova Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri olub. Prezident Administrasiyasının yeni strukturu formalaşdırılarkən bu şöbə ləğv edilib. Oxunma […]