Bakıda dülgər sexi və qaraj yanıb

Bakının Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Xətai rayonunda isə ümumi sahəsi 100 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə və içərisinə yığılan 2 m³ taxta materiallar yanıb. Qarajın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Astara sakini narkotik satarkən tutuldu

Şb Apr 4 , 2020
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı […]