Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda qeydə alınıb.

Həmin ünvandakı yaşayış binasında “İKMA services” MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib.

Hadisə nəticəsində şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda qəza: “BMW X5” dərəyə yuvarlandı - VİDEO

Ç Yan 22 , 2020
Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə Bakı Dairəvi-1 yolunda qeydə alınıb. Səhər saatlarında adıçəkilən yolla hərəkətdə olan 41-BC-069 dövlət nömrəli “BMW X5” markalı minik maşını idarəetməni itirərək yoldan çıxıb. Yüksəklikdən dərəyə yuvarlanan avtomobil yararsız vəziyyətə düşüb. Şahidlərin bildirdiyinə görə, hadisədə ciddi xəsarət alan olmayıb. Qəza yerinə […]

Sosial

İdman

Video