Bakıda gənc “yox” cavabı aldığı qızı amansızlıqla bıçaqladı

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza yeddi bıçaq zərbəsi vurub.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib.

Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək, sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza yeddi bıçaq zərbəsi vurub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: “Kənddə elə bir söz-söhbət...”

Ç Fev 12 , 2020
“O ailəni Könülün anası saxlayıb. Ola bilməz ki, uşağa ziyan vursunlar”. Bu barədə Oxu.Az-a Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin nümayəndəsi doqquz yaşlı T.D.-yə anası tərəfindən işgəncə verilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib. Bələdiyyə nümayəndəsinin sözlərinə görə, uşağın anası Könül övladına ziyan vura bilməz: “Könül Rafiqlə evləndikdən sonra ailəyə onun […]

Sosial

İdman

Video