Bakıda iki avtomobil toqquşdu: yaralı var – FOTO/VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Astv.news xəbər verir ki, qəza Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan BMW  markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Hyundai”  markalı avtomobilə çırpılıb.

Hadisəni törədən BMW markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az

 

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İçində 45 ailə yaşayan bina sökülür - VİDEO

Şb Dek 21 , 2019
Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53 a ünvanında 45-ə yaxın ailənin yaşadığı bina sökülür. Özü də elə sakinlər yaşaya-yaşaya. Baku.TV xəbər verir ki, qəzalı vəziyyətdə olan binanın sökülməsi üçün Binəqədi rayon icra hakimiyyəti tərəfindən sakinlərə 30 kvm-ə görə 30 min manat təklif edilib. Sakinlər isə təklif olunan məbləğlə razılaşmır, həmin ərazidən […]