Bakıda işçilər işə gəlmədi, məktəb direktoruna xəbərdarlıq edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb:

“Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq edilib”.

“Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bundan sonra da hər zaman diqqət mərkəzində saxlanılacaq”, – deyə qurumdan qeyd edilib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

37 milyon izləyicisi olan aktyordan Türkiyə polisinə təşəkkür - VİDEO

Ca Fev 13 , 2020
İndoneziyalı aktyor Raffi Əhməd 37 milyon izləyicisi olan “Instagram” səhifəsindən Türkiyə polisinə təşəkkürünü bildirib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, məşhur aktyor xüsusi bir işi üçün Cakartadan İstanbula gedib. Lakin hava limanında o, çamadanını itirib. Aktyor hüquq-mühafizə orqanı əməkdaşlarına müraciət edib. Çox az müddətə onun bütün əşyaları tapılaraq özünə qaytarılıb. […]