Bakıda kişi arvadını burnundan bıçaqladı

Bakıda ər arvadına avtomobildə xəsarət yetirib.

Report-un xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayonu, “Azadlıq” prospekti ərazsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, iki ədəd metadon və bir ədəd tramadol aşkar edilərək götürülüb.

F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qəza səkkiz can aldı

Ca Fev 13 , 2020
Rusiyanın Pskov vilayətində magistral yolda “Volvo” markalı yük maşını ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində səkkiz nəfər həlak olub. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin bölgədəki mətbuat xidmətinə əsasən xəbər yayıb: “Sankt-Peterburq-Nevel magistral yolunda Pustoşkinski rayonunun Ruda kəndi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “Mercedes” markalı […]

Sosial

İdman

Video