Bakıda qardaşı arvadını vəhşicəsinə öldürən kişi tutuldu

Xəbər verdiyimiz kimi, martın 26-da Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində öldürülməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında

Şb Mar 28 , 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Oxunma sayı : 1. 559