Bakıda restorandan çıxan şəxs dəhşət saçdı: Ətrafdakı insanlara bıçaqla hücum etdi – VİDEO

Bakının Nərimanov rayonunda xuliqanlıq zəminində hadisə baş verib.

APA-nın məlumatına görə, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb.

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı, “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edib və nalayiq sözlər işlədib.

O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ana üç körpəsini suda boğaraq öldürdü

Ç Yan 22 , 2020
Yanvarın 21-i ABŞ-ın Finiks şəhərinin Yanğın müdafiəsi şöbəsinə üç uşağın suda boğulması ilə bağlı müraciət daxil olub. “Associated Press” xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yeddi aylıq qızın, həmçinin, onun iki yaşlı bacısının və üç yaşlı qardaşının meyitlərini aşkar ediblər. Onları öldürməkdə şübhəli bilinən 22 yaşlı anaları […]

Sosial

İdman

Video