Bakıda “Vətənpərvərlik kinosu həftəsi”nə start verilib (FOTO)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə milli müstəqilliyimizin bərpası istiqamətində mühüm səhifə olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata əsasən, yanvarın 17-dək keçiriləcək kino həftəsi çərçivəsində Vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli qəhrəmanlarına və onların döyüş yoluna həsr edilmiş filmlər göstəriləcək və yaradıcı heyətlə görüş olacaq.

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Yanvarın 13-də Binəqədi Mərkəzi Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidova həsr olunmuş “Aprel yüksəkliyi” filmi (rejissor Zamin Məmmədov), Müşfiqabad qəsəbə Mədəniyyət evində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynova həsr olunmuş “Nakam tale” filmi (rejissor Taleh İsmayılov), Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmova həsr olunmuş “Mirpaşa” filmi (rejissor Emin Əfəndiyev) nümayiş olunub.

Film nümayişləri dövlət himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində təqdim edilən filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq.

Filmlərə giriş sərbəstdir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qaydanı pozan “Lexus” ağır yol qəzası törətdi: 2 ölü, 3 yaralı - VİDEO

Ça Yan 14 , 2020
Rusiyanın Voloqodsk əyalətində iki nəfərin ölümü 3 nəfərin də xəsarət alması ilə nəticələnən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Astv.news avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 12-də Moskva – Arxanqlesk avtomagistralının Verxovajsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən “Lexus” markalı minik avtomobili “ötmə […]