Bakıda xəstəxanada səyyar satıcılar alver edir? – AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən xəstəxanaların birindən şikayət var.

Oxu.Az-a daxil olan şikayətdə iddia edilir ki, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində səyyar satıcılar fəaliyyət göstərir.

Belə ki, bir qadın xəstəxanada palatalara baş çəkərək, yaxşı yataq paltarı, xalat satdığını bildirir və xəstələrə təklif edir.

Oxu.Az məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında bildirib ki, iddia olunan məsələ ilə bağlı hazırda Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda azyaşlılar həyatlarını belə təhlükəyə atır - VİDEO

Be Fev 17 , 2020
Bakıda azyaşlıların həyatlarını təhlükəyə atması kameraya əks olunub. Astv.news xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayılıb. Görüntülərdə məktəbdən çıxan iki azyaşlının səki ilə deyil, yolun kənarı ilə hərəkət etməsi əks olunub. Sürücülərdən birinin siqnaldan istifadə etməsindən sonra uşaqlar səkiyə çıxıb. Digər hadisədə isə valideyn məsuliyyətsizliyi xüsusilə diqqət çəkir. […]

Sosial

İdman

Video