Bakıda yerləşən uşaq evlərinin sakinləri “Bakutel-2018” sərgisinə ekskursiya ediblər

“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.

“AsTv.News” “Azərtac”-a istinadən xəbər verir ki,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan , Bakı şəhərində yerləşən 2 və 3 saylı uşaq evlərindən 60-dan çox oğlan və qız “Bakutel-2018”in pavilyon və stendləri ilə tanış olublar. Onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu “AzInteTelecom” MMC-nin stendi də uşaqlarda xüsusi maraq yaradıb. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi” – Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub.

Uşaqların sərgiyə ekskursiyası sabah da davam edəcək.

Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Azərpoçt” “Bakutel-2018” sərgisində bir sıra yeniliklər təqdim edib

C Dek 7 , 2018
“Azərpoçt” ASC “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində bir sıra yeniliklər təqdim edib. “AsTv.News” “Azərtac”-a istinadən xəbər verir ki, bu barədə “Azərpoçt” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Günel Gözəlova bildirib. Onun sözlərinə görə, təqdim edilən yeniliklərin arasında elektron ölçmə, özünəxidmət terminalı və sair xidmətlər təklif olunan […]

Sosial

İdman

Video