Bakıda zəncirvari qəza — FOTO / VİDEO

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Ölkə.Az”ın aBaku TV-yə istinadən xəbərinə görə, “Mitsubishi” markalı avtomobil öncə “Mersedes”ə, daha sonra “Niva”ya çırpılıb.

İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edib.

Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ramil Quliyev Türkiyə ordusunda — FOTO

Şb Noy 17 , 2018
Atletika üzrə azərbaycanlı dünya və Avropa çempionu Ramil Quliyev Türkiyədə hərbi xidmət keçib. “Ölkə.Az” Oxu.Az-a istinadən xəbər verir ki, 417 əsgər arasında Türkiyəni təmsil edən Ramil Quliyevlə yanaşı iş adamı Aydın Doğanın nəvəsi Alihan Yalçındağ da olub. Quliyev Instagram-da türk dilində bu barədə bunları yazıb: “Hər türk əsgər doğar! Vətən […]

Sosial

İdman

Video