Bakının iki ayrı rayonunda iki piyada vuruldu

Bakıda piyadaların vurulması ilə nəticələnən iki qəza hadisəsi baş verib.

Astv.news xəbər verir ki, hadisələrdən biri Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Minik avtomobili 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ dizin əzilmiş yarası, barmaqların sıyrılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Xətai rayonunda da yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza “Tac Mahal” restoranının yaxınlığında qeydə alınıb.

Avtomobil yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Cəfərov Nəriman Zaur oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Gələn ilin sonuna kimi bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək

C Dek 27 , 2019
2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Astv.news məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin […]