“Bandotdel”dən əməliyyat: Nazirlik rəsmisinin rəhbərlik etdiyi mütəşəkkil dəstə belə ələ keçdi – ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilib.

Hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunub.

Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İranda saxta spirtli içkilər 138 nəfərin həyatına son qoydu

Be Mar 16 , 2020
İranda saxta spirtli içkilərin həyatına son qoyduğu şəxslərin sayı 138-ə yüksəlib. Bu barədə “HaberGlobal” məlumat yayıb. Saxta içkilərdən zəhərlənərək xəstəxanaya yerləşdirilən şəxslərin sayı isə 1021-ə bərabər olub. Oxunma sayı : 8

Sosial

İdman

Video