“Belə gözəl qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz” – Aysel Xoşqədəmi məhkəməyə verdi (VİDEO)

Ailə dağıtmaqda ittiham edilən müğənni Aysel Əlizadə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına məktub göndərib.

Astv.news xəbər verir ki, Xoşqədəm xanım ifaçının vəkili tərəfindən yazılan məktubun bir hissəsini efirdə səsləndirib.

Məktubda qeyd olunub ki, Xoşqədəm Hidayətqızının proqramında Turanə adlı şəxs tərəfindən Ayselin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirildiyindən, şəxsi və ailə həyatı ilə bağlı məlumatların onun razılığı olmadan yayımlandığından aparıcı məhkəməyə verilib.

Vəkil məktubunda Ayselin efirə qoşulmasını tələb edib. Hidayətqızı məktubu oxuduqdan sonra Ayselə müraciət edərək efirə gəlib ittihamlara cavab verməsini istəyib. 

Xoşqədəm Hidayətqızı məhkəməyə verilmə səbəbini anlamadığını deyib: “Mən deyirəm ki, bu cür gözəlliyə sahib olan gənc qız “Porshe” yox, lap belə “Ferrari” alsın, dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver”.

Qeyd edək ki, Turanə adlı qadın “Səni axtarıram” proqramına gələrək iki uşaq atası olan Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə sevgili oldugu üçün ailəsinin dağıldığını deyib. Qadın həmçinin E.Nəcəfovun müğənniyə 150 minlik “Porshe” markalı lüks avtomobil aldığını açıqlayıb.


  • BAKU.WS

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şərqin ipək ledisi – Dariqa Nazarbayeva ilə üç görüş

Ca Mar 21 , 2019
Dariqa Nazarbayeva bu savadı, təmkini, erudisiyası, qabiliyyəti ilə prezident Nursultan Nazarbayevin yox, tutaq ki, Baybek Abenovun ailəsində doğulsaydı, bu gün Qazaxıstan parlamentinin sədri ola bilərdimi? Yəqin ki, ola bilməzdi. Niyəsi haqda bir az sonra. Bəs Dariqa Nazarbayeva bu savadı, təmkini, erudisiyası, qabiliyyəti ilə Avropa ölkələrindən birində, lap uzaq ABŞ-da doğulmuş olsaydı, […]

Sosial

İdman

Video