Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserində xəstələrin məsxərəyə qoyulduğunu əks etdirən görüntü üzə çıxıb.

Astv.news  oxu24-ə istinadən xəbər verir ki, videoda bir qrup gəncin pasiyentləri ələ salaraq kameraya çəkdiyini görürük.

diaya görə, görüntülər Maştağada yerləşən dispanserdə qeydə alınıb.

Sözügedən video sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb. İnsanlar həmçinin gənclərin qapalı müəissəyə necə daxil olmasına təəccübləndiklərini bildiriblər.