Birinci sinfə qəbul qaydaları açıqlandı

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar Tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər.

Martın 10-dan etibarən həmin uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.

Məktəbəhazırlıq qruplarında təhsil almayan uşaqlar Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu da elektron qaydada (mektebeqebul.edu.az) həyata keçiriləcək.

Bunun uçun valideynlər martın 10-dan başlayaraq elektron qeydiyyatdan keçməlidirlər. Martın 13-dən isə məktəb seçimini həyata keçirə bilərlər. Eyni qaydada, digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək.

Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məzahir Pənahov: “Bu, bizim üçün ən böyük ittihamdır”

C Fev 21 , 2020
“Mərkəzi Seçki Komissiyasına şikayət verilib, baxılmayıb” iddiasını səsləndirilər. Bu, bizim üçün ən böyük ittihamdır”. Astv.news  xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov qurumun iclasında deyib. O qeyd edib ki, komissiyada baxılmayan şikayət qala bilməz. Oxu.Az Oxunma sayı : 9

Sosial

İdman

Video