Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının təməli qoyulub (FOTO)

Bişkekin cənubunda Qırğızıstan-Azərbaycan Dostluq Parkının təməlqoyma mərasimi keçirilib.

Astv.news məlumatına görə, mərasimdə çıxış edən Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov 2018-ci ildə Çolpon-Ata şəhərində, 2019-cu ildə isə Bakıda keçirilən Türk Şurasının sammitlərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində parkın yaradılması barədə razılığın əldə olunduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, razılığa əsasən Azərbaycan tərəfi, həmçinin Bişkekin “Kok-Jar” yaşayış massivində orta məktəb binası tikəcək.

Belə tədbirlərin ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlığın mövcudluğundan xəbər verdiyini deyən Sooronbay Jeenbekov bildirib: “Qırğızıstan Azərbaycan ilə illərin sınağından çıxmış dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Parkın yaradılmasına göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu park xalqlarımızın dostluğunun rəmzinə çevriləcək”.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident Sooronbay Jeenbekova təşəkkürünü bildirib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin parkın təməlinin qoyulması münasibətilə məktubunu oxuyub. Məktubda qeyd edilir ki, bu park eyni tarixi və etnik kökləri, milli-mənəvi dəyərləri və adət-ənənələri olan iki dövlətin dostluq və qardaşlıq simvoludur.

Xatırladaq ki, 5,5 hektar sahəni əhatə edəcək parkda fəvvarələr, süni hovuzlar, açıq amfiteatr, uşaq meydançaları və digər əyləncə obyektləri yaradılacaq.

  • Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının təməli qoyulub (FOTO)

  • Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 3809 vətəndaş müraciəti daxil olub

C Yan 10 , 2020
2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 3809 müraciət daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, onların 1393-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 2416-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən […]