BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

Bəzi şəxslər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək paytaxtda pullu dezinfeksiya işləri təklif edirlər.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Məlumatda qeyd edilir ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur:

“Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Azəriqaz" 65 yaşdan yuxarı abonentlərə yardım edəcək

Be Mar 30 , 2020
“Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikasının Hökuməti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atdığı addımlara dəstək olaraq sosial aksiyaya start verir. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-dan etibarən #evdəqal çağırışlarına uyğun olaraq evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə “Azəriqaz” İstehsalat Birliyi […]