Bu ərazilərdə işıq olmayacaq

Bu gün paytaxtın bir sıra qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə Astv.news-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilişində yaranacaq fasilələrə səbəb yarımstansiyada aparılan yenidənqurma işləridir:

“Saat 12.30-dan 16-00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ – sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir