Bu il əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb

2019-cu il ərzində “Azəriqaz” İB şəbəkəyə 6,7 mlrd. kubmetr qaz qəbul edib.

Astv.news xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, bu rəqəmi qaz qəbulunda rekord göstərici hesab etmək olar:

“2019-cu il ərzində əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb, sənaye qurumları üçün isə 2,8 mlrd. kubmetr qaz satışı həyata keçirilib.
2020-ci il üçün “Azəriqaz”ın şəbəkəsinə 6,9 mlrd. kubmetr qaz qəbulu gözlənilir”.

Yığım səviyyəsindən danışan R.Əliyev bildirib ki, bu il yığım səviyyəsi də rekord həddə olub və yığım səviyyəsi üzrə göstərici 101,4 faiz təşkil edib.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

BSU rektorundan tələbələri sevindirən QƏRAR

Be Dek 30 , 2019
Bakı Slavyan Universitetində (BSU) kollokviumlar ləğv edilib. Astv.news məlumatına görə, bununla bağlı müvafiq əmri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Belə ki, tələbələr arasında dekabr ayında aparılmış müvafiq sorğunun nəticələrinə əsasən, BSU-da dərslərin I növbədə 08:30-da başlanılması, kollokviumların ləğv edilməsi və universitetin yeməkxanasında qiymətlərin aşağı salınması qərara alınıb. Oxu.Az Oxunma sayı […]