Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Sonxeber.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 21-dən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

2020-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən, 20 Yanvar – Ümumxalq Hüzn günü iş günü hesab edilmir.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezidentin köməkçisi: Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyünə münasibətdə qətiyyətli və birmənalı dəstək var

C Yan 17 , 2020
Avropa İttifaqında Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suverenliyi ilə əlaqədar ardıcıl bir mövqe olduğunu tədqir edirik. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib: “Biz […]

Sosial

İdman

Video