“Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür”

Yanan ticarət mərkəzi özəl olduğu üçün orada çalışan sahibkarlar öz əmlaklarını sığorta etdirməli və bu situasiyada öz haqlarını sığorta şirkətlərindən tələb etməli idilər. Məlum oldu ki, sığorta yoxdur və orada çalışan yüzlərlə vətəndaşımız bir günün içərisində öz əmlaklarından məhrum olub. Ancaq Azərbaycan dövləti hər bir zaman öz vətəndaşının yanında olduğunu, onların problemlərinin həllinə dəstək verdiyini bir daha göstərdi.

Astv.news Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, cənab Prezidentin bu məsələni operativ sürətdə müşavirədə müzakirəyə çıxarması və həmin sahibkarlara dövlət yardımının təşkil edilməsi göstərdi ki, ölkə başçısı 2003-cü ildə Prezident səlahiyyətlərinə başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” siyasətini həyata keçirir: “Cənab Prezident hər zaman Azərbaycan vətəndaşının yanında olub, onlara dəstək göstərib. Cəmiyyətdə ölkə başçısına etimad həddən artıq böyükdür. Bu, əlbəttə, böyük ruh yüksəkliyi, dövlətə bağlılıq yaradır”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyev Paşinyanla görüşü barədə: Danışıqlara yeni təkan verilib

Şb Mar 30 , 2019
Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik.  Bunu Azərbaycan prezidenti İlham Əliyev Vyanada Ermənistanın baş naziri Nikol Paşinlyanla görüşdən sonra TASS agentliyinə müsahibəsində […]

Sosial

İdman

Video