Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10 mini ötüb

Cənubi Koreyada yeni növ koronavirusa (COVİD-19) daha 86 nəfər yoluxub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 10 062 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 5 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 174 nəfərə çatıb. Ölənlərin əksəriyyəti 80 yaşdan yuxarı şəxslərdir.

Ölkənin paytaxtı Seulda, Könqido və İnçhon əyalətlərində 42, Tequ şəhərində və ətraf rayonlardan 14 yoluxma halı qeydə alınıb. Yoluxma hallarından 22-si isə ölkəyə xaricdən gəlmiş vətəndaşlarda aşkarlanıb.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SOCAR tender elan edib

C Apr 3 , 2020
SOCAR-ın Metanol zavodu azot  istehsalı qurğusunun kompressoru və generatoruna aid ehtiyat hissələrinə olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi üzrə son müraciət tarixi və müsabiqə tarixinin uzadılmasını elan edir. Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 27 aprel 2020-ci il, saat 17:00-dək Azərbaycan […]