Cərrah Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Boğazda əllə hiss olunan törəmə, səsdə dəyişiklik, kəskin arıqlama və ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, insanların ağlına gələn ilk ehtimallardan biri də ur, yəni qalxanabənzər vəzinin xəstəliyidir.

Bəs bu xəstəlik necə yaranır, əlamətləri hansılardır və müalicəsi necədir?

Trend-in məlumatına görə, izləyicilərimiz tərəfindən tez-tez verilən bu suallar ətrafında Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələri ilə bölüşüb.

-Düyünlü ur olduğundan şübhələnən insan nə etməlidir?

– Qalxanabənzər vəzi xəstəlikləri hormonal sistem üzərindən təsirini göstərir. Əgər qalxanabənzər vəzidə nödül dediyimiz düyünlər olarsa, buna düyünlü ur deyəcəyik. Bəzi xəstələrdə düyünlər çox sayda və böyük olduğundan bu insanların boynunda şişkinlik hiss edilə bilir. Ayrıca, əgər bu düyünlər daha çox hormon ifrazına səbəb olarsa, ürək döyüntüsündə artım, əllərdə tərləmə, istiyə dözümsüzlük, saçlarda tökülmə, çəki artıra bilməmək və gözlərdə bərəlmə kimi şəkayətlər müşahidə olunur.
Eyni zamanda qalxanabənzər vəzidəki düyün səs sinirinə, yemək borusuna, nəfəs borusuna basqıya səbəb ola bilər ki, bu zaman da səsdə qalınlaşma, gecə yatarkən xorultulu nəfəs almaq, udqunarkən çətinlik çəkmək kimi hallar ortaya çıxar. Bu şıkayətləri olan insanlar qalxanabənzər vəzidə düyün olduğundan şübhələnə bilər.

Belə hallarda isə insanların atacağı ən doğru addım ya endokrinoloqa, ya da endokrin cərrahına müraciət etməkdir. İlk mərhələdə qanda tiroid hormon analizlərinə baxılır və boyunun ultrasəs müayinəsi olunur.

-Düyünlü ur boyunda ağrıya səbəb ola bilərmi?

– Düyünlü ur adətən ağrı vermir. Ancaq düyünün ölçüləri çox böyük olarsa, bu zaman ətraf toxuma və orqanlara mexaniki basqıya səbəb olaraq ağrı verər. Başqa bir halda isə, Tiroid düyününün öz içinə qanama verməsi nəticəsində ağrı ola bilər. Onu da qeyd etmək istərdim ki, bəzən düynülü uru olan xəstələrdə bu, boğaz ağrısı, tonzillit, faringit kimi boğazın başqa xəstəlikləri ilə qarışır ki, bu da xəstələrin yanlış müalicə almağına səbəb olur. Ona görə də, 3 həftədən uzun çəkən, təkrarlanan və müalicə ilə keçməyən boğaz ağrıları olan xəstələrin mütləq endokrinoloqa müraciət etmələri məsləhət görülür.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

YAP Gəncə şəhər təşkilatı Hacıkənd bələdiyyəsi üzrə seçicilərlə görüş keçirib (FOTO)

C Dek 20 , 2019
23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Hacıkənd qəsəbəsində “Xalq üçün” devizi ilə görüş keçirib. YAP Gəncə şəhər təşkilatından Trend-ə verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının Hacıkənd qəsəbə Bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş şəxslər və seçicilər iştirak ediblər. YAP Gəncə […]

Sosial

İdman

Video