Cahangir Hacıyev cəzasının azaldılmasını istəyir

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin, həmçinin, mülki iddiaçı Vergilər Nazirliyinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Astv.news xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkilləri bildiriblər ki, onlar müvəkkilinin cəzasının azaldılması ilə bağlı Sabunçu rayon Məhkəməsinə müraciət ediblər və müraciətə yanvarın 14-də baxılacaq.

Bu səbəbdən vəkillər məhkəmənin təxirə salınmasını istəyiblər.

Məhkəmə prosesi yanvarın 21-ə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayətzadəyə isə beş il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Digər təqsirləndirilən şəxslər – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib.

C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda atasına beş bıçaq zərbəsi vuran şəxsin məhkəməsi başladı

C Yan 10 , 2020
Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən Cavid Haqverdiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Astv.news xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 13-nə təyin edilib. Hadisə ötən ilin iyul ayında paytaxtın Xətai rayonu ərazisində baş verib. 1985-ci […]

Sosial

İdman

Video