Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə […]

Bakıda gənc qız itkin düşüb. Hadisə S.Ə.Şirvani küçəsi, 1 saylı ünvanda qeydə alınıb. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Əzimzadə Fatimə Vüsal qızı noyabrın 19-da günorta saat 16:30 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı qəbul edib. QMİ-dən “Report”a bildirilib ki, səfiri salamlayan, ona qarşıdakı fəaliyyətində uğurlar diləyən Şeyxülislam A.Paşazadə Azərbaycandakı multikultural həyat, ölkədə dini konfessiyalar arasında mövcud dostluq, qardaşlıq, nümunəvi əməkdaşlıq münasibətləri, dövlətimizin bu istiqamətdə səyləri, diqqət və […]

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Astv.news-a Müdafiə Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 […]

Ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub və qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb. Astv.news Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda 2019-cu ilin birinci […]

Daxili İşlər Nazirliyində hazırda kollegiya keçirilir. Astv.news qafqazinfo-ya istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun sədrliyi ilə keçirilən iclasda bu ilin 6 ayının hesabatı verilir. Kollegiyada DİN rəhbərliyində təmsil olunan şəxslər, paytaxt polisinin rəisi, idarə və bölmə rəisləri, həmçinin rayon polis şöbələrinin rəisləri iştirak edir. İclasda hesabat dövründə cinayətkarlıqla mübarizədə […]

Gəncə hadisələrində təqsirləndirilərək həbs edilən Aydın Qurbanov iyulun 9-da müalicə aldığı Penitensiar Xidmətin Müalicə müəssisəsində vəfat edib. Bəzi kütləvi informasiya vasitələri A.Qurbanovun işgəncə verilməsi nəticəsində vəfat etdiyini yazıb. Məsələ ilə bağlı Oxu.Az-a Baş Prokurorluq və Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən məlumat verilib ki, A.Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə […]

Daxili İşlər Nazirliyində yeni təyinat baş tutub. Astv.news xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər, Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə Anar Tofiq oğlu İmamquliyevi yeni rəis təyin edib. Qeyd edək ki, Anar İmamquliyev bu vəzifəyə qədər DİN Baş İstintaq və Təhqiqat […]

Xəbər verdiyimiz kimi, Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Seyfulla Əzimov təyin edilib. S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) rəisi vəzifəsində çalışıb. S. Əzimov 2009-cu ildə Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Daha […]

Daxili İşlər Nazirliyi (DİN) Əlahiddə Çevik Polis Alayında (ÇPA) vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. DİN Mətbuat xidmətindən Astv.news-a verilən məlumata görə, iyulun 20-də saat 8.00-da, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində […]

Xəbər verdiyimiz kimi bu gün 2 iyul Azərbaycan Polisi Günüdür. Bu günlə bağlı olaraq BiG.AZ Nəqliyyatın Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Eduard Məmmədovu təbrik edir. Eduard Məmmədov bildirib ki, polis olmaq onun uşaqlıq arzusu olub: “Kinolara baxıb, idmanla məşğul olmağa başladım. 2009-cü il mənim üçün çox […]

Keçdiyimiz günlərdə Daxili İşlər Nazirliyi 102 Çağrı Mərkəzinin proqram təminatını yeniləyib. Bu dəyişiklikdə məqsəd cinayət və hadisələrə çevik reaksiya verilməsi, sakinlərin təhlükəsizliyinin qorunmasının daha da sürətləndirilməsi və daha sürətli informasiya mübadiləsinin təmin olunmasıdır. Tətbiq edilən proqram təminatı K3 adlanır və yerli İnformasiya Texnologiyaları şirkəti olan “ATL Tech” MMC tərəfindən hazırlanıb. […]

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2 iyul – Polis günü münasibətilə DİN-in şəxsi heyətini təbrik edib. Astv.news AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından […]

Xəbər verdiyimiz kimi, iyunun 27-də Prezident İlham Əliyev Daxili İşlər naziri Vilayət Eyvazova general-polkovnik rütbəsi verilib. Bu gün Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” hesabında Daxili İşlər nazirinin general-polkovnik rütbəsində ilk fotosu yayılıb. Həmin fotonu təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə bağlı sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Son zamanlar ölkə ərazisində avtomobillərin yan şüşələrində qanunla qadağan olunmuş örtüklərdən (plyokalardan) istifadə edənlərin sayında artım müşahidə olunur. Bəzi sürücülər avtomobillərinin yalnız arxa yan şüşələrinə “plyonka” çəksələr də, bəziləri biraz da irəli gedərək avtomobilin hətta ön yan şüşələrini də tündləşdirirlər. Bu isə mövcud qanunvericiliyə görə qadağandır. Başqa iddialara görə isə […]

“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi Xəbər verdiyimiz kimi, iyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın […]

Yas mərasimində normal yemək yeyə bilməyən şəxs heyfini çıxmaq üçün kənd qəbiristanlığına gedərək yas sahiblərinin qohumlarının məzarlarını dağıdıb. ARB TV xəbər verir ki, hadisə Şəmkirin Keçili kəndində baş verib. Səhər saatlarında kəndə səs salan olay hamını şoka salıb. Qəbiristanlığa üz tutan sakinlər yaxınlarının qəbirlərinin dağıldığını görüblər. Keçili kənd sakinlərinin Daxili […]

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticə­sində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb. Astv.news Sonxeber.az -a istinadən xəbər verir ki, 22 mart tarixində, saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Böyük […]

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev Yeni Zelandiyada məsciddə törədilən terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər. Astv.news Trend-ə istinadən xəbər verir ki, müraciətdə qeyd olunur: “O Bir Olan Yaradanın adı ilə! Yeni Zelandiyanın Kraystçerç şəhərində […]

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Astv.news xəbər verir ki, Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı […]

Azərbaycanda dini etiqad azadlığı ilə bağlı tənqidi söz demək ədalətsizlikdir. Astv.news xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı brifinqdə deyib. Onun sözlərinə görə, bir neçə il əvvələ qədər ABŞ Dövlət Departamentinin illik hesabatlarında Azərbaycanda dini etiqad azadlığı ilə bağlı obyektiv olmayan informasiyalar yayılırdı: “ABŞ […]

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib. DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən […]

Ötən il Azərbaycanda 14 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib. Astv.news Trend-ə istinadən bildirir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib. Məlumatda bildirilir ki, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 […]

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub. QMİ-dən Astv.news-ə verilən məlumata görə, Çerkessk şəhərinə səfər çərçivəsində A.Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib. Şeyxülislam A.Paşazadəni səmimi salamlayan respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin […]

Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb. Astv.news ONA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə […]

Daxili işlər orqanlarında yeni təyinat olub. Astv.news  report-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Zəngilan Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ənvər Həsənov vəzifəsindən azad olunaraq Ağcabədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insidentə bir neçə gündür ki, ən yüksək səviyyədə münasibət bildirilir. Elə dünən Rusiya paytaxtında hər iki tərəfin rəsmi şəxsləri arasında görüş olub. Bütün Qafqazın şeyxi Allahşükür Paşazədə də məsələyə münasibət bildirərək nöqtə qoyub.  Milli.Az xəbər verir ki, o, Real TV-yə açıqlamasında hər iki xalq arasında qardaşlıq […]

Daxili işlər naziri Ramil Usubov Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə yeni rəis müavini təyin edib. Astv.news unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis kapitanı Anar Şıxəliyev bu vəzifəyə təyinat alıb. Xəbəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən təsdiqləyiblər. Qeyd edək ki, bir neçə […]

Bakı şəhərinin Yasamal rayonu ərazisində svetaforun nasazlığı yolda tıxacın yaranmasına səbəb olub. Astv.news xəbər verir ki, Yeni Yasamal yaşayış massivində – Məhəmməd Xiyabani küçəsində quraşdırılmış svetafor yağışla hava şəraitində yararsız vəziyyətə düşüb və bütün işıqları qarışıb. Bu səbəbdən yolda qarışıqlıq baş verib. Nasaz vəziyyətdə olan svetaforun fotosunu təqdim edirik. Publika.az

Politoloq: “Bu gün dünya üçün ən böyük təhlükə məhz beynəlxalq hüquq normalarının tapdalanmasıdır” Azərbaycan prezidenti İlham Əliyev Real televiziyasına verdiyi müsahibədə Dağlıq Qarabağ problemindən danışarkən bu gün dünyada “Kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü bildirib: “Mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, […]

Daxili işlər orqanlarında yeni təyinatlar olub.Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən azad edilərək Qax rayon […]

Dünyanın bir çox ölkələrində cütlüklər öz sevgilərini daha bariz şəkildə nümayiş etdirmək üçün nikahlarını məhz Sevgililər Günü kimi qəbul edilmiş 14 fevral – Müqəddəs Valentin Günündə bağlayırlar. Astv.news Trend-ə istinadən xəbər verir ki, Müqəddəs Valentin Günündə nikah bağlayanların sayına görə Hollandiya xüsusi yer tutur. 14 fevral həftənin cümə gününə təsadüf etdikdə […]

20 ildir fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarına ayrılan vəsait niyə azaldılıb? Bu il Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə subvensiya ayrılıb. 2019-cu ilin dövlət büdcəsi haqqında sənədə əsasən, subvensiyanın həcmi 1 milyon manat təşkil edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədə əsasən bu, Ədliyyə Nazirliyinin Maliyyə […]

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib.  Nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, Emin Musayev […]

Gəncə şəhər sakinindən silah-sursat və narkotik götürülüb. Astv.news xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılıb. İdarədə onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki […]

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər – Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəməsi yekunlaşıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə R.Bayrama şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş başçı M.Səfərovun isə məhkəmə iclaslarından yayındığı bildirilib. O, son […]

Millət vəkilləri DİN rəhbərinin çıxışına ciddi reaksiya verdilər və “Azərbaycanı kimlər qarışdırmaq istəyir” sualını cavablandırdılarYanvarın 28-də Daxili İşlər Nazirliyində (DİN) 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə DİN-in mətbuat xidmətindən verilən məlumat […]

Bakıda yetkinlik yaşına çatmayan şəxsə təcavüz edilib. Astv.news teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Bakı şəhər sakini Elvin İsmayılov yetkinlik yaşına çatmayan Samirə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub. Daha sonra ona qarşı seksual xarakterli hərəkətlər də edib. Samirə Məmmədovanın valideynləri […]

Şəhid ailələrinin, müharibə veteranları və əlillərinin, 20 yanvar əlilllərinin, Milli Qəhrəmanların və onların iləsinin sosial müdafiəsi ildən-ilə yaxşılaşır. Prezident İlham Əliyevin şəhid ailələri ilə son görüşü isə onlara olan diqqət və qayğının göstəricisi, həm  də cəmiyyətdə şəhid ailələrinə necə hörmət və ehtiramla yanaşılmalı olduğuna dair cəmiyyətə bir ismarıcdır. Bunu Milli.Az-a […]

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Astv.news azvision.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin vəzifədən çıxarılan rəisi Azər Muradov Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon Polis şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. Astv.news “Report”a istinadən xəbər verir ki, görüşün […]

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib. Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə […]

Penitensiar xidmət bəzi kütləvi informasiya vasitələrində bir neçə məhbusun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatlara münasibət bildirib. Astv.news xəbər verir ki, xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov report-un sorğusuna cavabında bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq […]

Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Səxavət Salmanov vəzifəsindən azad edilib. Astv.news-in “Nuhçıxan” agentliyinə istinadən verdiyi xəbərə görə,  Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov bu gün bununla bağlı müvafiq fərman imzalayıb.

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev yeni baş mütəxəssis təyin edib.Astv.news unikal.org-a istinadən xəbər verir ki, Asif Ağayevin müvafiq əmri ilə, İsayeva Lamiyə Elixan qızı Beyləqan rayon İcra hakimiyyətinin baş mütəxəssisi vəzifəsinə gətirilib. Sözügedən xəbəri Beyləqan rayon İcra hakimiyyətdən təsdiqləyiblər.Qeyd edək ki, Asif Ağayev Beyləqan rayon İcra hakimiyyətinin başçısı təyin ediləndən sonra  baş mütəxəssis […]

“Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur və ən vacib məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır. İkinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr arasında yerini möhkəmləndirmək, daha güclü Azərbaycan quruculuğuna nail olmaqdır”. Astv.news-in xəbərinə görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz […]

Sosial

İdman

Video