Xaçmaz rayonunda avtomobil yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Bildirilib ki, hadisə Niyazoba kəndində qeydə alınıb. Hadisə zamanı “VAZ” markalı minik maşınının salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəyə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat olan tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, qurumun Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan vətəndaşı Tahirov İlkin Əlifağa […]

Ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının […]

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində güclü təsir edən maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilir ki, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum […]

Göygöl rayonunda qadın yaşadığı evin pəncərələrini sındırarkən xəsarət alıb. Hadisə rayonun Zurnabad kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı G.H-ova hələ məlum olamayan səbəbdən əsəbləşərək yaşadığı evin pəncərələrini sındırıb, daha sonra evi yandırmağa cəhd edib. Lakin qadını sakitləşdirmək mümkün olub və hadisənin qarşısı alınıb. Qadın pəncərəni sındıran zaman xəsarət alıb […]

Salyan rayonunda yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayonun Birinci Varlı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də 20 cinayətin üstü açılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, quldurluq üzrə bir, narkotiklərin qanunsuz dövriyyəsinə görə səkkiz, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha iki faktın açılması təmin olunub. Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca […]

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanır. Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qazax rayonu ərazisində yerləşən cücə sexində yanğın hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib. Kənd sakini, Anar Kərimova məxsus və ümumi sahəsi 600 kvm olan sexdə baş vermiş yanğın zamanı sexin içərisində olan avadanlıqlar və 400-ə yaxın bildirçin quşu, həmçinin 15 000 cücə yanıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar […]

Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA xəbər verir ki, “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yeni qazılmış ərazidəki betona çırpılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb. Qəza nəticəsində avtomobildə olan sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində baş verib. Belə ki, 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan BMW markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı maşınla toqquşub. Sürücü BMW markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün zərbənin təsirindən […]

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisindəki Bayraq meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “KaMAZ” markalı yük maşını ilə “VAZ-2115” markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Çingiz Bəylər oğlu hadisə yerində ölüb. Onun […]

Masallıda quldurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də şəhər ərazisindəki mağazalardan birində orada işləyən Rəşad Qasımova balta ilə xəsarət yetirib, quldurluq yolu ilə kassadakı 11 700 manat pulu aparmaqda […]

Qaxda 23 yaşlı qız əməliyyatda ölüb. Hadisə Qax rayon Xəstəxanasında baş verib. Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında LOR həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilib. Qızın halı cərrahiyyə masasında qəflətən pisləşib və o, vəfat edib. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin […]

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dünən 18 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan beşi əvvəlki dövrlərdən bağlı qalan cinayət hadisələri olub. Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli iki, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha beş faktın açılması təmin olunub. Cinayət […]

Dünən Gəncə şəhərində fəhlə yıxılıb. Hadisə Gəncə şəhərində fəaliyyət göstərən MMC-lərin birində baş verib. Belə ki, fəhlə işləyən Quliyev Qalib günorta radələrində MMC-yə məxsus internet xətti üçün nəzərdə tutulan dirəyin yuxarı hissəsində işləyən zaman ehtiyatsızlıqdan yıxılıb. O, baş beyin silkələnməsi xəsarəti alıb. Hazırda vəziyyəti ağırdır. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda […]

Bakıda zəncirvari qəza baş verib. Trend  xəbər verir ki, hadisə Moskva prospektindən üzü şəhər istiqamətində qeydə alınıb. Qəzaya səbəb isə ara məsafəsinin saxlanılmaması deyilir. Belə ki, adıçəkilən yolda hərəkətdə olan “Mercedes C class” markalı avtomobil qarşısında eyni model maşının “ML” markası ilə toqquşub, həmin avtomobil isə, ondan öndə olan digər […]

Mingəçevir şəhərində biri mikroavtobus olmaqla, dörd maşının işitrakı ilə zəncirvari yol qəzası baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev prospektində qeydə alınıb. Gecə saatlarında baş verən qəza zamanı üç “VAZ” markalı minik maşını və bir “Mercedes” markalı mikroavtobus toqquşub. Zərbənin təsirindən avtomaşınlardan biri yol kənarındakı piyadaların hərəkət etdiyi […]

Bu gün günorta saatlarında Qax rayonunun Qaşqaçay kənd sakini, 2010-cu il təvəllüdlü Rahib Fuad oğlu Qurbanov sahibsiz itin hücumuna məruz qalıb. APA-nın məlumatına görə, o, başın alın nahiyəsinin it dişləməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib. Yaralıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb. Günün […]

Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb. APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb. 35 yaşlı qadının hamilə olduğu bildirilir. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ağstafa rayonunda döyülmə hadisəsi baş verib. Report-un məlumatına görə, hadisə Poylu qəsəbəsində qeydə alınıb. Ağstafa rayon sakini, 1994-cü il təvəllüdlü T.Hacıyeva döyülərək, müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Gənc qadının hansı səbəbdən və kim tərəfindən döyüldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib. DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir: “Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu […]

Gəncədə döyülmə hadisəsi baş verib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər. Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də Tovuz rayonunun Ceyrançol adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz RPŞ-yə məlumat daxil olub. Tovuz və Şəmkir […]

Beyləqan şəhərində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dünyasını dəyişib. Faktla bağlı Beyləqan RPŞ tərəfindən araşdırma […]

Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 11 radələrində Gədəbəy rayonunun Düzyurd kəndi ərazisində rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21011” və Gədəbəy şəhər sakini M.Tağıyevin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillər toqquşub. Nəticədə R.Hüseynov, arvadı Nüşabə […]

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti […]

Fevralın 28-də Tovuz rayonunun Ceyrançöl adlanan ərazisindən Gədəbəy rayon sakini A.Məmmədova məxsus “VAZ-21015” markalı avtomobilin qaçırılması barədə Tovuz RPŞ-yə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini R.Veyisov […]

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 14 yaşlı oğlan ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Kazımov Muxtar Arzuman oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimlərinin verdiyi məlumata […]

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Günəşli qəsəbəsində 1999-cu il təvəllüdlü Agayev Turqut Azər oğlu yolu keçmək istəyərkən onu “Kia” markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Ağayevə çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. “Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası, Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə […]

Fevralın 28-də gecə saatlarında əsən güclü külək nəticəsində qaz təsərrüfatına ciddi zərər dəyib. Bu barədə Oxu.Az-a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. O bildirib ki, güclü külək Oğuz rayonunda bir sıra fəsadlara yol açıb: “Rayonun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta […]

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan dönərxananın tavanı 15 m² sahədə və içərisində elektrik sobası yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dönərxananın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 26-da saat 16 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini B.Əliyevin idarə etdiyi “BMW”, Bakı şəhər sakini Pərviz Yusifzadənin idarə etdiyi “Daewoo” və Şəki rayon sakini Hikmət […]

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Rüzgar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə şahidlərinin bildirdiyinə görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1990-cı il təvəllüdlü Xəyalə Rüstəmovanı vurub. İdarəetməni […]

Bakıda kütləvi dava olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib. Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri – 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb. Yaralılar […]

Gəncə şəhərində 16 yaşlı qızın meyiti tapılıb. Qafqazinfo-nun məlumatına görə, fevralın 26-da 2004-cü il təvəllüdlü şəhər sakini Rüstəmova Nisənin yaşadığı evin hamamında meyiti tapılıb. Onun çimən zaman dəm qazından zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Zaqatalada yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda intihara cəhd hadisəsi olub. “Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində 1985-ci il təvəllüdlü Muradov Samiq Yasət oğlu kəsici alətlə bədəninə bir neçə xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol said nahiyəsinin kəsilmiş yaraları və vətərlərin zədələnməsi diaqnozları qoyulub.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xudat şəhəri ərazisində yerləşən iki fərdi yaşayış evindən ümumi dəyəri iki min manatdan çox olan iki ədəd televizor, bir ədəd xalça, bir ədəd samovar və bir ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər […]

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 23-də saat 13 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Mahmudlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şərqiyə Əliyevanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində […]

Ucar rayonunun Pirkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 22-də saat 15 radələrində Ucar rayonunun Pirkənd kəndi ərazisində Bakı şəhər sakini E.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən “Volvo” markalı yük avtomobilinə vuruv. Nəticədə E.Qarayevin sərnişini Namiq Gərəkməzli xəstəxanaya […]

Abşeronda güclü yanğın hadisəsi olub. Astv.news  məlumatına görə, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb. İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir. Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir. //report Sonxeber.az

Dünən axşam saatlarında Bakının Qaradağ rayonunda “Mercedes” markalı avtomobil dirəyə çırpıldıqdan sonra yanıb. Oxu.Az xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb. Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:  

Bakıda marşrut avtobusu yanıb. Yanmağa başlayan 208 saylı avtobusdan sərnişinlər dərhal düşərək ərazidən uzaqlaşıblar. Məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib. Sərnişinlər yanan avtobusdan təxliyyə edilib. Hadisə bir neçə gün bundan əvvəl Bakıda baş verib. Magistral yolda yanan avtobus yaxınlıqdan keçən sürücülər üçün həyəcanlı anlar yaşadıb. 208 nömrəli marşrut avtobusunun yanma […]

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol qəzası olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 2 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Cəfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Tural Abbasovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq […]

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. Belə ki, UAZ markalı avtomobil dərəyə aşıb. Nəticədə bir azyaşlı uşaq hadisə yerində ölüb. Yaralılardan biri Lerik Rayon Mərkəzi Xəstəxanasına, digəri isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lənkərana aparılan yaralı […]

Sosial

İdman

Video