Bu gün Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından daha bir sevindirici xəbər gəlib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu dəfə tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov yarışların qızıl medalını qazandı. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika […]

Beynəlxalq Ağır Atletika Federasiyası rəsmi şəkildə qazaxıstanlı atlet Vladimir Sedovun 2008-2016-cı illərdə qazandığı nəticələri ləğv edib. Astv.news xəbər verir ki, buna səbəb idmançının dopinq testinin müsbət nəticə verməsidir. Beləliklə, onun dünya çempionatından qazandığı üç medal (qızıl, gümüş və bürünc), eləcə də, Asiya birinciliyi zamanı əldə etdiyi üç mükafat (iki qızıl […]

UEFA İcraiyyə Komitəsinin Nyon şəhərində keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də UEFA Millətlər Liqasının 2020/21-ci il mövsümü ilə əlaqədar olub. Astv.news xəbər verir ki, Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. Millimiz C liqasının reytinqə görə ən zəiflərin yer aldığı dördüncü səbətində yer alıb. Bu səbətdə […]

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalının daha üç oyunu keçiriləcək. Oyunların nəticələrindən kubokun 1/4 finalındaki Neftçi, Qəbələ və Səbaıl komandalarının rəqibləri müəyyən olacaq. 14:00 Zirə – Qaradağ-Lökbatan; Bakı, Zirə idman kompleksinin stadionu. Baş hakim – Rəşad Əhmədov. Oyunun qalibi 1/4 finalda “Səbail” ilə qarşılaşacaq. 15:00 Sabah – Ağsu; […]

Bu gün güləş üzrə Azərbaycan çempionatına start verilib. Astv.news xəbərinə görə, ilk gündə yunan-Roma güləşi üzrə mübarizə başlayıb. Burada millimizin əsas üzvlərindən bəziləri mübarizə aparır. Bunlar Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi -63 kq), Elman Muxtarov (-67 kq), Elvin Mürsəliyev (-82 kq), İslam Abbasov (-87 kq), Oyan Nəzəriani və Beka Kandelakidir […]

Azərbaycanın cüdo üzrə həm kişilərdən, həm də qadınlardan ibarət milli komandasının 17 üzvü hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Astv.news xəbər verir ki, idmançılarımız baş məşqçilər Ruslan Maşurenko, Rəşad Məmmədov və məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə iki dəfə məşq edərək, gələcək beynəlxalq yarışlara hazırlaşırlar. Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, İbrahim Əliyev, […]

Dağıstanın Babayurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz bir dəst medal qazanıblar. Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Saqadulla Ağayev (92 kiloqram) gümüş, Ayxan Mərdanov […]

Avrokubokların qrup mərhələsinin V turundan sonra UEFA reytinqi açıqlanıb. Astv.news xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Sevilya”ya 0:2 uduzduğundan, ölkəmizin aktivindəki xal sayı və mövqeyi dəyişməyib. Azərbaycanın cari mövsümdəki əmsalı 3,125-ə bərabərdir. Son beş ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,500-dür. Bununla da ölkəmiz Avropada 26-cı sırada qalıb. Qazaxıstan təmsilçisi […]

“Sevilya” oyuna əlavə olunmuş ikinci dəqiqədə hesab arasındakı fərqi artırıb. İsrailli Munas Dabbur ikinci qolu “Qarabağ”ın qapısından keçirib. Bununla da oyun 2:0 “Sevilya”nın qələbəsi ilə başa çatıb. 1:15 61-ci dəqiqədə “Sevilya”nın futbolçusu Brayan Xil hesabı açdı – 1:0. 00:50 Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində baş tutan “Sevilya” – “Qarabağ” matçının ilk […]

UEFA Avropa Liqasının “Sevilya” – “Qarabağ” matçı gender zorakılığı ilə mübarizəyə həsr olunacaq. Astv.news xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşdən əvvəl gender zorakılığı ilə üzləşənlərə dair informativ xarakterli videoçarx nümayiş etdiriləcək. Bu barədə Sevilya şəhərinin hökumət nümayəndəsi Karlos Toskano Sançes bildirib. Onun sözlərinə görə, bu […]

Kristian Eriksen “Tottenhem”in yeni müqavilə təklifini rədd edib.   Astv.news goal.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə “Tottenhem”in Eriksenə müddəti 2024-cü ilə qədər olan sözləşmə təklif etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi illik 9 milyon avro qazanacağı bu təklifi rədd edib. Qeyd edək ki, 2013-cü ildən “Tottenhem”də forma […]

“Breşiya” klubunun və İtaliya millisinin keçmiş futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub. “La Gazzetta dello Sport” xəbər verir ki, “Breşiya”nın baş məşqçisi Fabio Qrosso 29 yaşlı hücumçunu hazırlıq prosesindən kənarlaşdırıb. Buna səbəb Balotellinin tam gücü ilə məşq etməməsi olub. Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasını tərk […]

Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb. Maliyyə Nazirliyi […]

“ABŞ İrana qarşı: Üçüncü dünya müharibəsi”. Sonxeber.az-ın məlumatına görə, “Bare Knuckle FC”nin prezidenti Devid Feldman bu devizlə 2020-ci ildə əlcəksiz boks yarışı keçirmək niyyətindədir. Döyüşün əsas siması iranlı bodibilder-ağır çəkili atlet Secad Qəribidir. O, İranlı Halk kimi məşhurlaşıb. 27 yaşlı Qaribi bu günə qədər boks və MMA döyüşlərində iştirak etməyib. […]

İspaniya millisində baş məşqçi dəyişikliyi olub. Astv.news  xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və idman direktoru Xose Fransisko Molinanın keçirdiyi mətbuat konfransında bildirilib. Belə ki, ailə problemlərinə görə iyunda komandadan ayrılmış Luis Enrike qayıtmaq istədiyini bildirib. Onu əvəzləyən köməkçisi Roberto Moreno komandanı AVRO-2020-yə çıxarsa da, […]

Avro-2020-nin seçmə mərhələsində Azərbaycan millisi bu gün son oyununu keçirəcək. Astv.news xəbər verir ki, millimiz Trnavada Slovakiya yığması ilə qarşılaşacaq. Qrupda bir qələbə qazana bilməyən yığmamız sonuncu görüşünə millimizin baş məşqçisi Nikola Yurçeviçin sözü ilə desək, şərəf üçün çıxacaq. İndiyək Slovakiya ilə olan statistikamız  Komandamız Bakıda 1:5 hesabı ilə uduzduğu bu […]

Azərbaycan milli komandasının futbolçusu Rüfət Dadaşovun durumuna bu gün aydınlıq gələcək. Astv.news xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsinin Uelslə Slovakiyaya qarşı oyunlarına çağırılan, lakin sonradan zədə səbəbindən heyətdən çıxarılan futbolçu Almaniyanın məşhur “Bild” nəşrinə açıqlama verib. Aşağı liqa təmsilçisi “Proyssen”də çıxış edən R.Dadaşov məşq zamanı aldığı xəsarətdən danışıb: “Yerə yıxılarkən […]

Noyabrın 15-də Sumqayıt Olimpiya İdman Kompleksində kişi və qadın gimnastikası üzrə 26-cı Azərbaycan çempionatının və Bakı birinciliyinin qalibləri müəyyənləşib. Asmedia.org Trend-ə istinadən bildirir ki, fərdi çoxnövçülükdə kişilər arasında “kiçik” yaş kateqoriyasında (2012 təvəllüd) Emil Cəbrayılov (43.598 xal) birinci, Adil Qasımov (42.864 xal) ikinci, Nəsif Məmmədli (42.798 xal) üçüncü yerdə qərarlaşıblar. Emil […]

Dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə daha iki komanda vəsiqə qazanıb. Bunlar Skandinaviya yığmalarıdır. F qrupunda İsveç əsas rəqibi Rumıniyanı səfərdə 2:0 məğlub etməklə qrupda ikinciliyi özünə təmin edib. J qrupunda isə Finlandiya Lixtenşteynə 3:0 qalib gəlməklə buna nail olub. Bununla da finlər tarixlərində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. Qeyd […]

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Uels millisi Bakıdadır. Astv.news xəbər verir ki, Böyük Britaniya təmsilçisi millimizdən fərqli olaraq, Avro-2020-yə çıxmaq şansını qoruyub saxlayır. Bu üzdən hazırda qrupda səkkiz xalla dördüncü sırada olan Uels millisi Bakıdakı görüşdə üç xalı hədəfləyib. Əgər bu oyunda büdrəsələr, onlar ardıcıl ikinci dəfə qitə çempionatında iştirak hüququnu itirəcəklər […]

Kikboksinq üzrə dünya çempionu olan Ramal Aslanova daha bir yarışdan təklif gəlib. Barədə məlumatı Ramal “Lord” Aslanovun şəxsi məşqçisi Hakim Hacıyev xəbər verib. Onun sözlərinə görə, kikboksinqin WAKO versiyası üzrə 75 kq-da çempion olması onun dünya ictimaiyyətinin diqqət mərkəzinə düşməsinə səbəb olub: “Bildiyiniz kimi, ötən ay Bosniya və Herseqovinanın paytaxtı […]

İsrailin paytaxtı Təl-Əvivdə “Bellator 234” döyüş gecəsi baş tutub. UFC-dən sonra ikinci mötəbər MMA yarışı sayılan “Bellator”da iki azərbaycanlı döyüşçü debüt edib. Vüqar Kərəmov bu sınaqdan üzüağ çıxıb. O, birinci raundda “Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitseri döyərək məğlub edib. Bu, Vüqarın MMA-da 14-cü qələbəsi olub. O, ardıcıl 10-cu görüşdə yenilməzliyini […]

“Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusu Abdella Zubir ölkəsinə geri qayıda bilər. Bu barədə “Le Telegramme”a müsahibəsində Fransanın I divizion klubu olan “Genqam”ın baş məşqçisi Patris Leyr deyib. O bildirib ki, iki futbolçu – “Qarabağ”dan Zubiri, “Lans”dan isə mərkəz yarımmüdafiəçisi El Haci Banı transfer etmək istəyirlər: “Ümid edirəm ki, yaxın günlərdə onlar […]

Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq. Bunu “Neftçi”nin futbolçusu Dario Frederiko İsraildə “Bney Yehuda” ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından əvvəl mətbuat konfransında deyib. 28 yaşlı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib: “Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”. Qeyd edək ki, bu gün Petak Tikvadakı “Ha Moshava” […]

Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, oyun yüksək təhlükəsizlik şəraitində […]

Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) qarşılaşması ilə əlaqədar “Bakı Metropoliteni” bütün lazımi tədbirləri görüb. Bu barədə Trend-ə özəl açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, oyun sonrası azarkeşlərin ünvana rahat və təhlükəsiz çatdırılması, […]

Dünən Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” matçı (2:2) zamanı maraqlı hadisə yaşanıb. Astv.news Qol.az-a istinadən xəbər verir ki, “Bakcell Arena”da keçirilən qarşılaşmada İsrail komandasının futbolçuları vaxtı uzatmaqla məşğul olmaları azarkeşlərin etirazına səbəb olub. Amma belə bir vaxtda meydanda yaşlı bir nəfərin görünməsi […]

Futbol üzrə Rusiya yığmasının azərbaycan əsilli keçmiş üzvü Aleksandr Səmədov karyerasını başa vurduğunu açıqlayıb. Bu barədə yarımmüdafiəçinin özü “Instagram” səhifəsində məlumat verib. 35 yaşlı oyunçu sosial şəbəkədə yazıb: “Mən futbolçu kimi idman karyeramı başa çatdırıram. Həmişə idmançı, futbolçu, şəxsiyyət kimi böyümək istəmişəm. Arzum həyata keçdi! Buna nail oldum!” O, ailəsinə, yaxınlarına, dostlarına […]

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və BM Morrison Partners (BM) şirkəti idmançıların hüquqlarının müdafiəsini gücləndirmək məqsədilə anlaşma memorandumu imzalayıblar. Astv.news xəbər verir ki, AMADA-dan Trend-ə verilən məlumata görə, Memorandum çərçivəsində, AMADA-nın fəaliyyəti ilə bağlı xüsusi yaradılmış İntizam və Apellyasiya Komitələrində AMADA-nın yurisdiksiyasına daxil olan idmançılar barədə başlanılan və ya icraatda […]

Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik. Astv.news  Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov yarışın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır: “İdmançılarımız festivalı 48 ölkə […]

Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideyalarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb və idman dünyasının kifayət qədər əhəmiyyətli tədbirlərindən sayılır.Belə bir möhtəşəm festivala ev sahibi kimi Azərbaycanın seçilməsi də beynəlxalq aləmdə ölkəmizə verilən yüksək dəyərin ifadəsidir. […]

FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019″”seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib. Astv.news  Trend-ə istinadən bildirir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cavab oyununda Fransa təmsilçisi Maksim Vaşe-Laqrava məğlub olub. Rəqiblər qalibin müəyyənləşməsi üçün iyulun 24-də tay-brekdə mübarizə aparacaqlar. Qeyd edək ki, ötən […]

Azərbaycan gimnastı Ağakazım Rüstəmov “EYOF Bakı-2019″da öz çıxışından razı qaldığını bildirib. Astv.news Trend-ə istinadən bildirir ki, gimnastika ilə 11 yaşından məşğul olan idmançı deyib: “Üç qurğuda hərəkətlər nümayiş etdirdim – sərbəst hərəkətlər, idman atı və dayaqla tullanma. Bu, artıq üçünçü yarışımdır və bu gün ən yaxşı çıxışımı nümayiş etdirdim”. A.Rüstəmov […]

“Yuventus” hələ də “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın komandaya cəlb edilməsi imkanlarını nəzərdən keçirir. “Report” xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşrinə istinadən “El Mundo Deportivo” məlumat yayıb. Mənbənin məlumatına görə, “qoca sinyora” Poqbanın müqabilində birdən-birə üç futbolçusunu — müdafiəçi Joau Kanselu, yarımmüdafiəçi Blez Matüidi və vinqer Duqlas […]

İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub. Astv.news Trend-ə istinadən bildirir ki, 53 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Çin (18:0), Rusiya (11:5) və almaniyalı (5:2) rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Növbəti koreyalı rəqibi isə keçilməz […]

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edilib. Eurasia Diary-nin verdiyi məlumata görə, yubiley medalı ilə təltif olunanlar arasında Olimpiya, Paralimpiya, dünya və Avropa çempionu adına yiyələnmiş idmançılar və idman veteranları da […]

İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası keçirilir. Azərbaycan Gimnastika Federasiyasında Trend-ə verilən məlumata görə, 17 idman növünün təmsil olunduğu turnirdə bu gün idman gimnastikası üzrə final yarışları baş tutub. Qadın idman gimnastımız Marina Nekrasova dayaqlı tullanma hərəkətlərinə görə 14 tam xal toplayaraq, qızıl medal qazanıb. Qeyd edək ki, yarışlarda 28 […]

Bu gün İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası start götürəcək. Astv,news-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Məmmədovun rəhbərliyi altında artıq adıçəkilən şəhərdədir. Azərbaycan millisi Universiadada olan 15 idman növündən yalnız beşində təmsil olunacaq. 18 idmançımız həmin yarışda iştirak edəcək. Taekvondo: Ayxan Tağızadə, Əli Məmmədov, Məhəmməd […]

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləşçilərimizin iki qızıl medal qazanması ilə millimiz sıralamada önə çıxıb. Astv.news xəbər verir ki, Azərbaycan millisinin aktivində hazırda 16 medalı var. Bunlardan ikisi qızıl, beşi gümüş və doqquzu bürünc medaldır. Hazırda millimiz 15-ci sırada qərarlaşıb. Ancaq Azərbaycan qazanılan medalların sayına görə yeddinci […]

Avropa Oyunlarının bünövrəsi Azərbaycanda qoyulub. Astv.news xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədov deyib. O, II Avropa Oyunlarının Əməliyyat Komitəsinin sədri Georgi Katulinlə danışıqlardan sonra birgə hazırlıq işlərinə başladıqlarını, gələcək strategiyanı və planlamanı hazırladıqlarını bildirib: “İlk […]

Astv İnformasiya Agentliyi xəbər verir ki, Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı İlham Əliyev Aleksandr Çeferin və UEFA Avropa İcraiyyə Komitəsinin üzvləri ilə əvvəlki görüşünü xatırlayaraq yenidən nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə […]

Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edib. Astv.News xəbər verir ki, Gənclər və İdman Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəbulda 19 vətəndaş iştirak edib.  Müraciətlər gənclər və idman sahələri, “Gənclər evi”nin fəaliyyəti, Olimpiya İdman Komplekslərinin, eyni zamanda, digər idman […]

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib. Astv.news xəbər verir ki, yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib. O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb. […]

2010 və 2011-ci illərdə Avropa çempionu olan Cəbrayıl Həsənov səkkiz illik fasilədən sonra titul həsrətinə son qoydu.  ASTV.NEWS xəbər verir ki, altıncı dəfə Avropa çempionatının finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl indi həm də üçqat Avropa çempionudur. Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi […]

Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokuna yekun vurulub.  Azərbaycan Cüdo Federasından  verilən məlumata görə, beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub.  Beləliklə cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və […]

Bakıda 10-cu dəfə təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinin ilk günü insidentlə yadda qalıb. Astv.news oxu.az-a istinadən məlumatına görə, Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışın 64 kq çəki dərəcəsində xoşagəlməz hadisə baş verib. Belə ki, Elnur Əliyevlə Özbəkistan boksçusu arasında gedən döyüşdə qonaq idmançı başından ağır […]

Sosial

İdman

Video