“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin martın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. […]

Küveytdə məktəblərdə koronavirusa görə dörd ay tətil edilib. “Sabah” xəbər verir ki, bunu Küveyt hökumətinin sözçüsü Tarık Əl-Mezram mətbuat konfransında açıqlayıb. O, ölkə ərazisində bütün təhsil müəssisələrində tətilin avqustun 3-dək davam edəcəyini bildirib. Qeyd edilir ki, Küveytin təhsil müəssisələrində bundan əvvəl mart ayının 21-dək tətil elan olunmuşdu.

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımı […]

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək. Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi […]

Bu gün saat 11-dən birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır. Elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat martın 10-da başlayıb. Bu gündən etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Bakı məktəblərinin I sinfinə 9831 uşaq elektron sistemdə (www.mektebeqebul.edu.az) qeydiyyatdan keçib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu rəqəm bu gün saat 13:00-a olan məlumatdır. 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan 24 722 uşağın I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da, paytaxt üzrə […]

İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Bildirilib ki, onların heç birində xəstəlik əlamətləri […]

Təhsil naziri Ceyhun Bayramov koronavirusla əlaqədar məktəblərdə tədrisin dayandırılmasının müəllimlərin əməkhaqqına necə təsir edəcəyini açıqlayıb. Astv.news Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, bu kimi hallarda işçinin günahı olmadan iş fəaliyyəti dayandırıldıqda qanunvericilikdə işçinin əməkhaqqısının ödənilməsi nəzərdə tutulub: “Bunu da qeyd edim ki, işçilərin əməkhaqqının vaxtında hesablanaraq ödənilməsi dövlət […]

2020-2021‬-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə […]

Nazirlər Kabineti Azərbaycan universitetlərinin bakalavriat səviyyəsində “sərbəst iş” üçün mövcud olan tələbləri ləğv edib. Qaydalara əsasən, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə […]

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz […]

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsi bu gün başa çatır. Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə martın 2-dən start verilib. Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak […]

“Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”. Oxu.Azxəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək. Nazir müavini, həmçinin hazırda […]

Təhsil Nazirliyi Azərbaycanda tələbələrin daha çox hansı ali məktəblərə köçürülmək üçün müraciət etdiyini açıqlayıb. Astv.news məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, Bakıda tələbələr bu il fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülmək üçün müraciət ediblər. Regionlarda […]

Azərbaycanda ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib. Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin yeni təsdiq etdiyi “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” adlı sənəddə öz əksini tapıb. […]

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Astv.news DİM-ə istinadən xəbər verir ki, imtahanların idarə olunmasına 87 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 3145 nəzarətçi müəllim, 268 buraxılışı təşkil edən əməkdaş, 87 bina […]

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin gün ümumilikdə 39966 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın […]

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub. Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3083 nəfər […]

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nı təsdiqləyib. Astv.news  xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Bu Qayda “Ümumi təhsil haqqında” qanunun 4.0.12-ci maddəsinə uyğun olaraq hazırlanıb. Qayda ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-da ilk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib. İdarədən Trend-ə bildirilib ki, “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər Xocalı qurbanlarının […]

Azərbaycan Respublikasının Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verib. Nazirliyin tapşırığında deyilir: “Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan, tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb. […]

Martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər bu keçiddən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış […]

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək. Bu barədə Təhsil Nazirliyindən bildirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar Tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Martın 10-dan etibarən həmin […]

Bu il fevralın 16-da ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub İmtahanın nəticələri fevralın 21-də saat 15:20-dən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə […]

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra […]

Təhsil Nazirliyi müəllimin sosial şəbəkələrdə yayılan müraciətinə aydınlıq gətirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci ildə öz razılığına əsasən, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib. Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci ildə beş il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının […]

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək. DİM-dən Trend-ə bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq […]

Bu il sentyabr ayından yenidən zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədi ilə qeydiyyat sistemi aktiv ediləcək. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən il avqust ayından başlanılıb və 947 nəfər qeydiyyatdan keçib. Namizədlərin elektron qeydiyyatı 31 yanvar 2020-ci ildə başa çatıb. Qeydiyyatdan keçən namizədlər […]

2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə layihələr www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi […]

Bakı Dövlət Universitetinə yeni təyinat olub. Astv.news  məlumatına görə, bu barədə BDU-nun rektoru Elçin Babayev əmr imzalayıb. Əmrə əsasən, Günel Orucəliyeva universitetin Mətbuat-informasiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək, BDU-nun əvvəlki mətbuat xidməti Pərvanə İbrahimova idi. O, bir neçə gün öncə vəzifəsindən azad edilib. Oxu.Az

Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssisələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb. Astv.news məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. Onun sözlərinə görə, 2019-cu ildə 400-ə yaxın vakant direktor vəzifəsinə işə qəbul üçün müsabiqə élan edilib: “Amma əvvəl bu say 700-dən çox idi. […]

Bu gün Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib. Astv.news məlumatına görə, Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, vətəndaş məmnuniyyəti və təhsildə yeniliklər, innovasiyaların tətbiqindən […]

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək. DİM-dən Trend-ə bildirilib ki, imtahan iştirakçıları buraxılış vərəqəsində göstərilən vaxtdan gec olmayaraq imtahan binasında olmalıdırlar Sınaq imtahanında iştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda […]

Bu gün “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Astv.news  məlumatına görə, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən […]

Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir: “Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin […]

Dövlət İmtahan Mərkəzi (DİM) 16 fevral 2020-ci il tarixində respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək. Bu barədə Oxu.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, həmin gün 3178 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahan […]

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməmələri ilə bağlı məsələyə münasibət bildirib. İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı daxil olmuş məlumat araşdırılıb: “Aparılmış araşdırmanın nəticələrinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Səbail rayonu 162 […]

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xəzər Universiteti – Sumqayıt Dünya məktəbində keçirilən Çin dili fakultativ dərslərində “Çini tanıyaq” adlı açıq dərs təşkil olunub. ADU-dan Trend-ə bildirilib ki, Çin dili fakultativ dərslərinin keçirilməsində əsas məqsəd məktəblilərdə Çin dili və mədəniyyətinə marağın artırılmasından həmçinin bu sahədə […]

Paytaxt məktəbliləri arasında “Plastik torbalar və bağlamalar qadağan olunmalıdır” mövzusunda yarış keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə bildirilib ki, idarənin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə təşkil olunmuş yarışda BŞTİ-nin müdir müavini Raman Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms […]

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. Astv.news  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, Prezident İlham […]

Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Belə ki, ölkəmizdə yeganə ali tibb təhsili verən bu məktəbdə bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq. Bununla bağlı Oxu.Az-a universitetdən məlumat verilib. Bildirilib ki, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi. “Keyfiyyətli […]

Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunub. News24.az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə bu vəzifəyə Anar Nəcəfli gətirilib. Anar Nəcəfli bu vaxtadək nazirlikdə sektor müdiri vəzifəsində çalışıb. Qeyd edək ki, Anar Nəcəfli “Nə? Harada? Nə zaman?” intellektual oyununda Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir.

Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib. Astv.news  xəbər verir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, Təhsil nazirinin müşaviri Elnur Məmmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri, istehsalçı […]

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”nin təsdiq edilməsi barədə” qərarın izahını verib. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, bu normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir. Sözügedən təhsil müəssisələrinin növbəti maliyyə ili […]

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin yeddi sinfinə Qarabağ şəhidlərinin adı verilib. Onlardan dördü Aprel şəhidlərinin xatirəsini yaşadır. Report həmin siniflərdən reportaj hazırlayıb. 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair […]

Sosial

İdman

Video