Ceyhun Bayramov: Buraxılış imtahanlarının təhlillərindən nəticə çıxarılmalıdır

Bu gün Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.

Astv.news məlumatına görə, Təhsil naziri Ceyhun Bayramov çıxış edərək təhsilin keyfiyyəti və buna təsir edən amillər, vətəndaş məmnuniyyəti və təhsildə yeniliklər, innovasiyaların tətbiqindən danışıb.

Ötən il yerli təhsili idarəetmə orqanlar rəhbərlərinin, məktəb direktorlarının iştirakı ilə regional zona müşavirələrinin keçirildiyini, hər bir qurumun fəaliyyətinə dair illik hesabatların dinlənildiyini deyən Təhsil naziri bu məzmunda tədbirlərin cari ildə də davam etdiriləcəyini bildirib.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) qarşısında duran vəzifələrə toxunan C.Bayramov qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər.

Nazirin sözlərinə görə, IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır.

Nazir həmçinin məktəblərin dərsliklərlə təminatından, məktəb-valideyn münasibətlərinin düzgün qurulmasından, regionlarda istedadlı uşaqlarla bağlı işin təşkilindən, məktəbdənkənar fəaliyyətin vacibliyindən danışıb.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə təklif və tövsiyələrini verib. Məhəbbət Vəliyeva təqdimatında tədris ilinin prioritet istiqamətlərindən, məktəb rəhbərlərinin üzərinə düşən funksiyalardan söz açıb, bölgələr üzrə müvafiq nəticələri diqqətə çatdırıb.

Müşavirədə “Təhsildə keyfiyyətin təminatı”, “Təhsilin maliyyələşdirilməsi və müasir təchizat sisteminin yaradılması”, “Tədris resursları ilə təminat və ehtiyat dərsliklər”, “İnsan resurslarının idarə edilməsi və elektron məlumat bazasının təkmiləşdirilməsi” mövzularında panel müzakirələr keçirilib.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda qızıl və gümüş bahalaşır

C Fev 14 , 2020
Azərbaycanda qızıl və gümüş bahalaşıb. Astv.news  məlumatına görə, fevralın 14-də qızılın qiyməti fevralın 13-ü ilə müqayisədə 1,5385 manat artaraq 1 unsiya üçün 2677,092 manat təşkil edib. Gümüş 0,0591 manat bahalaşaraq 1 unsiya üçün 30,0046 manata bərabər olub. Platinin qiyməti 8,7635 manat artaraq 1653,1055 manat, palladiumun qiyməti 66,1215 manat artaraq 4153,049 […]

Sosial

İdman

Video