Ceyhun Bayramov: Çindəki bəzi azərbaycanlı tələbələr orada qalmağa üstünlük veriblər

Çində təhsil alan bəzi azərbaycanlı tələbələr koronavirusla əlaqədar yaranan ciddi təhlükəyə baxmayaraq orada qalmağa üstünlük veriblər.

Astv.news məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Çindəki tələbələrlə mütəmadi olaraq, həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Çindəki Azərbaycan səfirliyi vasitəsilə əlaqə saxlanılır.

Nazir əlavə edib ki, Çində hökumətlərarası saziş əsasında 62 nəfər azərbaycanlı tələbə, ümumilikdə isə 500-ə yaxın azərbaycanlı gənc təhsil alır:” Onların böyük hissəsi Azərbaycandadır. Bəzi tələbələr isə Çinin digər şəhərlərinə yerləşdirilib. Onlar ciddi təhlükəyə baxmadan orada qalmağa üstünlük veriblər. Ancaq bütün dövlət orqanları məsələni nəzarətdə saxlayır. Vətənə dönmək istəyənlərin geri qaytarılması ilə bağlı hər hansı problem yoxdur”.

C.Bayramov bildirib ki, hazırda Azərbaycanda 94 nəfər Çin vətəndaşı ali təhsil alır: “Bir nəfər çinli tələbə özünün narahatlığı olduğu üçün tibb müəssisəsinə yerləşdirilib. Bakı Dövlət Universitetinin rəhbərliyi mütəmadi olaraq onunla əlaqə saxlayır. Onun səhhətində hər hansı problemlər mövcud deyil”.

Trend.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

MİDA və YAP Nəsimi Rayon Təşkilatı ağacəkmə aksiyası təşkil etdi (FOTO)

Şb Fev 1 , 2020
Yanvarın 1-də Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ənənəvi ağacəkmə aksiyası keçirilib. MİDA-dan Trend-ə verilən məlumata əsasən, aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil […]

Sosial

İdman

Video