Çindən gələn beş azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi – RƏSMİ

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə bu gün beş nəfər yerləşdirilib.

Astv.news xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilib:

“Bunlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd-keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımi yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur”.

Qeyd edək ki, yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o, karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

32 yaşlı qadın dəm qazından boğularaq ölüb – VİDEO

Ça Fev 4 , 2020
Mingəçevir şəhərində dəm qazından boğulma hadisəsi baş verib. Astv.news xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsində qeydə alınıb. Adıçəkilən ünvanda yaşayan 32 yaşlı Cəmilə Həsənova vanna otağında dəm qazından boğulub. Ailə üzvləri qapını döydükdə açan olmayıb. Onlar evə daxil olan zaman isə qadının […]

Sosial

İdman

Video