Dəmir yolundan oğurluq edən saxlanıldı – FOTO

Şirvanda dəmir yolundan oğurluq edən şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan verilən məlumata görə, ötən gün dəmir yol ustası Cosqun Salmanov NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin  İmişli XPŞ-nin Şirvan Xətt Polis Bölməsinə müraciət edərək  Xıdırlı-Qaragüney dəmir yolu mənzilinin 15 km-də 1-ci puketdən 5-ci puketə qədər olan məsafədə 47 ədəd rels altlığının və ona məxsus 188 ədəd rels bərkidici dəmir mıxın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Şirvan Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayonu Atbulaq kənd sakini Həbib Şıxəliyev saxlanılıb.

Dindirilmə zamanı H.Şıxəliyev törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı rels altlıqları və mıxlar ona məxsus evin həyətindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan Xətt Polis Bölməsində araşdırma aparılır.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakı polisi xəbərdarlıq etdi: “Əmin olsunlar ki, geci-tezi var!”

Ça Yan 21 , 2020
Cinayətə meylli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladlarının “tərcümeyi-hal”ını ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir. Astv.news  məlumatına görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, tutulan şəxslər barədə […]

Sosial

İdman

Video