Daha bir azərbaycanlı güləşçi erməni idmançını məğlub etdi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız erməni rəqibini məğlub edib.


Astv.news xəbər verir ki, yunan-Roma güləşçimiz Orxan Nuriyev (-97 kq) mübarizəyə start verib.

O, 1/8 finalda Artur Şahinyanla (Ermənistan) qarşılaşıb. İdmançımız ötən Avropa çempionatının bürünc mükafatçısı üzərində inamlı qələbə qazanaraq (3:0) 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən Taleh Məmmədov (-63 kq) bürünc medal uğrunda görüşdə Slavik Qalstyanla qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev, Ağahüseyn Mustafayev və  İslam Abbasov erməni idmançıları məğlub ediblər. oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir