Daha bir ölkə nüvə silahı əldə edəcək – QORXUNC İDDİA

Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər.

Astv.news məlumatına görə, Çinin “Sohu” nəşri belə iddia ilə çıxış edib.

“Nüvə gücü Çinin qapısının ağzındadır. Bu, təkcə Rusiya və ABŞ deyil, həm də həmişə kölgədə qalan Yaponiyadır”, – deyə məqalədə bildirilib.

Qəzet yazıb ki, Yaponiya özünümüdafiə qüvvələri döyüş effektivliyi baxımından dünyada 10 ölkədən biridir.

“Yaponiyanın nüvə silahı yaratmasına icazə verilməsə də, bu ölkə inkişaf etmiş nüvə elektrik stansiyaları tikdi. Elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə etdi. Yaponiya nüvə silahı yaratmasa da, nüvə texnologiyasından istifadə üzrə dünya lideridir”, – deyə yazıda qeyd olunub.

Nəşr bu qənaətə gəlib ki, Yaponiya hərbi əməliyyatlar başlayacağı təqdirdə asanlıqla nüvə silahı hazırlaya bilər.

1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən 1967-ci ilin yanvarın 1-dək bu cür silahları sınaqdan keçirən ölkələr nüvə gücləri kimi tanınır.

Nüvə güclərinə ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin daxildir. Bununla belə Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın da nüvə silahına sahib olması qəbul edilir.

Yaponiyada 1946-1977-ci illər arasında yeni Konstitusiyası elan olundu. Qanunla imperator faktiki olaraq siyasi gücünü itirdi və silahlı qüvvələr yaratmaqdan imtina edildi. Bunun əvəzində özünümüdafiə qüvvələri yaradıldı.

Oxu.az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezidentin islahat strategiyası: İdarəetmə daha da effektivləşdirilir - ŞƏRH

Şb Noy 30 , 2019
Azərbaycanda dövlət idarəetməsi təkmilləşdirilir, beynəlxalq çağırışların tələb və təklifləri kontekstində yeni modelə keçid prosesi sürətlənir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial rifahı yüksəltmək, təhlükəsizliyi, sabitliyi gücləndirmək, idarəetməni daha da effektiv vəziyyətə gətirmək üçün islahatları dərinləşdirir. Prezidentin rəhbərliyi ilə islahatlar geniş sferanı əhatə edir, özünü doğrultmayan qurum və vəzifəli […]

Sosial

İdman

Video