Daha bir QHT Koronovirusla mübarizəyə qoşuldu.

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb  Bu barədə  İctimai Birliyin sədri  Zaur Quliyev açıqlamasında bildirib.

“Koronavirusla mübarizə ilə  hər birimiz vətəndaş məsuliyyətimizi dərk etməli, bu ümümbəşəri pandemiya ilə mübarəzəyə  dəstək olmaq məqsədilə,  cənab Prezidentin çağırışna səs verərək,  yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdük.

 

Bundan əlavə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başlatdığı “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına  qoşularaq, bu istiqamətdə Beyləqan rayonunda monitorinq və  maarifləndirmə işlərini həyata keçiririrk.

Eyni zamanda QHT sədri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim etdiyi layihə üzrə 2020-ci il qrant müsabiqəsində fərqli mövzu üzrə qalib elan olunmasına  baxmayaraq layihənin mövzu və məqsədini dəyişərək “COVİD 19” Koronavirusla ilə mübarizə istiqaməti üzrə   fəaliyyət göstərmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə “COVİD 19” koronavirusunun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün bəzi layihələrin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Xızıda axtarışda olan şəxs saxlanıldı - FOTO

C Apr 3 , 2020
Xızıda axtarışda olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və […]