Deputat: Qadına ana olduğuna görə maaş verilməlidir – MÜSAHİBƏ

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Oxu.Az-a müsahibəsi:

– Araz müəllim, Milli Məclisin iclaslarında üç gün dalbadal 2020-ci ilin dövlət büdcə layihəsi müzakirə edildi. Növbəti ilin büdcə proqnozlarını necə dəyərləndirirsiniz?

– Çox yaxşı büdcə layihəsi hazırlanıb. Bu büdcə ilə çox şeyə nail olmaq olar. Həm iqtisadiyyat inkişaf edər, həm də sosial xərclər artırıldığına görə insanlara daha rahat olar.

– Parlamentin iclaslarında büdcə müzakirələri zamanı sizin hər hansı təkliflə çıxış etdiyinizi görmədik. Səbəbi nə idi?

– Mən çalışıram ki, plenar iclaslarda danışmayım. Çünki komitə iclaslarında danışıram. Komitə iclaslarında mübahisə etmək olur, əks fikrə müdaxilə etmək imkanları yaranır. Plenar iclaslarda isə çıxış etdin, vəssalam, qurtardı getdi!

– Gələn ilin büdcə layihəsində heç narazı qaldığınız və ya sizə qaranlıq qalan məqam yoxdur?

– Hər şey yaxşıdır. Sadəcə, komitələrin iclasında təkliflərlə çıxış etmişdim. Amma onlar qəbul olunmadı.

– Təklifləriniz nədən ibarət idi?

– Hesab edirəm ki, analıq peşə olmalıdır. Qadına ana olduğuna görə maaş verilməlidir. Ana əlinə zənbil alıb gedib küçələrdə meyvə-tərəvəz satmamalıdır. Gedib evlərdə qulluqçu kimi işləməməlidir, uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Bundan başqa, təklifim o idi ki, dövlət ailədə olan tək övladı öz himayəsinə götürsün.

Digər təklifim isə ondan ibarət idi ki, əlilləri işə götürən sahibkarlar əlillərə verdiyi maaş həcmində vergidən azad olunsunlar.

– Araz müəllim, Milli Məclisdə parta yoldaşınız yoxdur.

– Bəli, elədir. 125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi.

– Heç bundan narahat olursunuz?

– Xeyr, əsla. Mən ora söhbət etməyə getmirəm ki!

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“Ümidsizliyə gülümsəyən qız”a heykəl qoyuldu - FOTO

C Noy 15 , 2019
Uzun müddət xərçənglə apardığı mübarizə ilə yadda qalan “Ümidsizliyə gülümsəyən qız” Neslican Tayın heykəli qoyulub. Sosial mediada ümid dolu mesajlar verən Neslicanın heykəli Bodrumda bədələdiyyənin qarşısına yerləşdirilib. Heykəl Bodrum Metalart Sənət Mərkəzinin heykəltəraşları Mustafa, Kadir ve Mehmet İşəri tərəfindən hazırlanaraq bələdiyyəyə təqdim olunub. Bələdiyyə sədri Ahmet Aras hər üç heykəltəraşa təşəkkür edib: “Sevgili Neslican […]