Deputatlığa namizəd Şamxal Adıgözəlov Ağcabədidə Xankəndi sakinləri ilə görüşüb

122 saylı Xankəndi seçki dairəsindən bitərəf deputatlığa namizədi Şamxal Adıgözəlov seçiciləri ilə görüşləri davam etdirir.

Günün ilk görüşü Agcabədi rayonu Sarıcalı kəndində baş tutub. İnzibati binalarda müvəqqəti məskunlaşmış Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindən olan məcburi köçkünlər namizədə problemlərindən danışıb, təkliflərini veriblər. Ş. Adıgözəlov onlara seçiləcəyi təqdirsə görəcəyi işlərdən, planlarından danışıb, Xankəndili ağsaqqaların xeyir-duasını alıb. Görüş iştirakçıları seçki zamanı Şamxal Adıgözəlovu dəstəkləyəcəklərini bildirib.

Daha sonra rayonun Hüsülü kəndində məskunlaşan bir neçə ailə ilə fərdi şəkildə görüş keçirilib, onların qayğıları ilə maraqlanılıb. Daha bir görüş Agcabədi şəhərinin “Avtotəmir zavodunda ” məskunlaşan Xankəndindən olan ailələr ilə keçirilib.Deputatlığa namizəd daha sonra şəhər ərazisində yerləşən məcburi köçkün şəhərciyində
Bir neçə köçkün ailələri ilə görüşüb.
Görüş zamanı Şamxal Adıgözəlov bildirib ki, o, özü də məcburi köçkün olduğu üçün bu kateqoriyadan olan vətəndaşların problemlərinə yaxından bələddir.
Ş. Adıgözəlov uzun illərdi ki, jurnalist kimi fəaliyyət göstərdiyindən cəbhə bölgəsində yaşayan sakinlərin xüsusi ilə də məcburi köçkünləri daimi narahat edən, qayğıları və problemləri ilə bağlı müraciətlərinin həllinə çalışıb, zəruri olduqda müraciətlər aidiyyətı qurumlara yönləndirilib.

Qeyd olunub ki, Şamxal Adıgözəlov seçiləcəyi təqdirdə mütəmadi olaraq seçicilərinin yanında olacaq, onların müraciətlərinin həllinə çalışacaq, yerli və beynəlxalq tədbirlərdə millət vəkili kimi fəal iştirak edəcək.

Qeyd edək ki, Xankəndi şəhərindən olan məcburi köçkünlər Azərbaycanın 35 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 122 saylı Xankəndi seçki dairəsinin ölkə üzrə 13 seçki məntəqəsi fəaliyyət göstərir. İlk görüş bir neçə gün əvvəl Bərdə rayonunda baş tutub. Namizədin görüşləri davam edir.

      

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Abşeronda qazanxana yanıb

Şb Yan 25 , 2020
Abşeron rayonunda ümumi sahəsi 124 m² olan qazanxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Sonxeber.az-a daxil olan məlumata əsasən, ümumi sahəsi 124 m² olan qazanxananın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Qazanxananın qalan hissəsi və yaxınlıqdakı istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb Oxunma sayı : 39

Sosial

İdman

Video