Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?

Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir.

Astv.news  xəbərinə görə, hazırda təqdim edilən sənədlərdə məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir.

Sənədlərə dairə seçki komissiyalarına qəbul edildikdən sonra yeddi gün müddətində baxılmalıdır.

Xatırladaq ki, namizədlərin sənədləri təqdim etmələri mərhələsi 2019-cu ilin dekabrın 21-də başlayıb, 2020-ci ilin yanvarın 10-u saat 18:00-dək davam edib.

Deməli, namizədlərin qeydə alınması prosesi yanvarın 16-da bitəcək.

Yanvarın 17-dən etibarən isə deputatlığa namizədlərin təşviqat kampaniyasına start veriləcək. Seçki prosesinin bu mərhələsi fevralın 8-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər bu ilin fevralın 9-da keçiriləcək.

Oxu.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

“SOCAR Petroleum” CNG satışını 8,5 dəfə artırıb

Be Yan 13 , 2020
2019-cu ildə “SOCAR Petroleum” QSC pərakəndə satış bazarında 2,559 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb. QSC-dən Report-a verilən məlumata görə, 2018-ci illin eyni dövrü ilə müqayisədə, CNG-nin pərakəndə satışı 8,5 dəfədən çox artıb. Hazırda ölkədə yeganə CNG şəbəkə təchizatçısı olan “SOCAR Petroleum”a məxsus 30 yanacaqdoldurma məntəqəsinin doqquzunda bu mühərrik yanacağının […]

Sosial

İdman

Video