“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib

Nazirlər Kabinetinin qərarı ilə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.

Astv.news Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, qaydalara aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilir:

“3.7-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cari ilin sentyabr ayının 25-dən gec olmayaraq növbəti il üçün proqnozlaşdırılan büdcə xərclərinin iqtisadi və inzibati təsnifatlar üzrə bölgüsü barədə bu Qaydaların əlavəsi ilə müəyyən edilmiş forma üzrə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.”.

Dəyişiklik dövlət büdcəsinin tərtibi prosesinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir