Dövlət hər vətəndaşa 90 manat verəcək – Gələn ilin sonuna kimi…

2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq edildiyi 3 rayon da nəzərə alınarsa, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonların sayı 23-ə çatacaq. İkinci rübdən qərb bölgəsi üzrə 17, 3-cü rübdən 14 rayon prosesə qoşulacaq.

Keçidin 4-cü mərhələsində isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sistem tətbiq ediləcək.

Qeyd edək ki, büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək. (trend)

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

SOCAR "Fənərbağça" ilə bağlı sponsorluq iddialarını təkzib edib

C Dek 27 , 2019
Türkiyə mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Fənərbağça” klubu ilə bağlı sponsorluq iddiaları yenidən gündəmə gətirilib. Şirkətdən “Report”un sorğusuna cavab olaraq yayılan iddiaların əsassız olduğu bildirilib. İstanbul təmsilçisinin idarə heyətinin üzvü Sərtaç Komsuoğlunun SOCAR rəsmisi Fuad İbrahimovla görüşünün enerji məsələləri ilə bağlı olduğu vurğulanıb: “Fənərbağça” klubunun idarə heyətində yer alan […]