Dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradılıb

Böyük Britaniyanın “Expanscape” şirkəti dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıb.

“Aurora 7” adı verilən noutbuk peşəkar istifadə üçün nəzərdə tutulub.

Noutbuk iri korpus və əsas ekrana malikdir və bu korpusa daha beş ekran bərkidilib.

Yeddinci ekran isə noutbukun klaviatura hissəsində yer alıb. Noutbukun dörd ekranı 17,3 düym, digər 3 ekran 7 düym diaqonal ölçüyə malikdir. Aurora 7-nin operativ yaddaşı 64 giqabaytdır.

Şirkətin məlumatına görə, noutbuk hazırda istehsal mərhələsindədir və yaxın zamanlarda satışa çıxarılacaq. //Trend

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Yaşayış üçün daşınmaz əmlakının sığortalanmaması ilə bağlı cəza mexanizmi hələ təsdiqlənməyib

Şb Yan 11 , 2020
Azərbaycanda daşınmaz əmlak sığortası rəsmi olaraq, 2011-ci ildən məcburidir. Buna baxmayaraq, bütün bu illər ərzində qanun tətbiq edilməyib və əksər vətəndaşlar mənzillərini sığortalamayıb. Ancaq ötən ilin dekabr ayında bir sıra sığorta şirkətlərinin vətəndaşlara göndərdiyi bildirişdə 2020-ci ildən etibarən fiziki şəxslər üçün sığorta müqaviləsinin olmaması üçün cərimələrin məbləği 30 manat olacağı […]